EN

ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşıb

Vaşinqtonun bu məsələyə münasibəti dəyişdiyi üçün Türkiyə tərəfi ABŞ-a təhvil verilməyən \"F-35” qırıcılarının qəbulu üçün yenidən sorğu göndərib.

AZXEBER.COM \"Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

\"ABŞ-də 6 ədəd \"F-35” təyyarəmiz var. İndi bizim \"KAAN” (Türkiyənin beşinci nəsil döyüş təyaarəsi – Qeyd) istehsal etdiyimizi gördülər və münasibətləri dəyişib. Təyyarələri təhvil verə biləcəklərini deyirlər. Biz onlara \"F-35” almaq təklifini yenidən göndərdik”, - deyə o qeyd edib.

Qeyd edək ki, beşinci nəsil \"KAAN” qırıcısı ilk sınaq uçuşunu fevralın 21-də uğurla həyata keçirib. Təyyarə üzərində işlər 2017-ci ildə Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) Milli Döyüş Təyyarələri proqramı çərçivəsində başlayıb. Türkiyəli ekspertlərin fikrincə, gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrinin arsenalındakı F-16 qırıcılarını əvəzləyəcək \"KAAN” taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 qırıcılarını üstələyir.

2023-cü il iyulun sonunda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə TUSAŞ arasında \"KAAN” layihəsi üzrə əməkdaşlıq haqqında protokol imzalanıb. Bundan sonra, 2024-cü ilin martında TUSAŞ-ın keçmiş baş direktoru Temel Kotil mediaya \"KAAN” komponentlərindən birinin Azərbaycanda istehsal ediləcəyini söyləyib.
Chosen
16
20
azxeber.com

10Sources