EN

Merkeldən NATO-ya ŞOK ÇAĞIRIŞ: "Rusiyanı cilovlamaq üçün..."

Almaniyanın keçmiş kansleri Angela Merkel, Avropanın təkbaşına bunun öhdəsindən gəlmək iqtidarında olmadığı üçün NATO daxilində Rusiyanı cilovlamaq üçün tez bir sistem yaratmağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Zeit” qəzeti məlumat yayıb.

"İnanıram ki, tez bir zamanda həqiqətən etibarlı bir çəkindirici sistem yaratmaq lazımdır", - Merkel qeuyd edib.

Keçmiş kansler Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsi ilə bu məqsədə çatmağın xeyli çətinləşəcəyindən şikayətlənərək, yaxın gələcək üçün inandırıcı çəkindirmə sisteminin yalnız NATO çərçivəsində mümkün olduğunu qeyd edib. Merkelin sözlərinə görə, Rusiya dünyanın ən böyük nüvə dövləti olmasa da, ABŞ-ın nüvə potensialına bərabər gücdədir və buna görə də Vaşinqton Avropa ilə birgə işləməkdə maraqlı olmalıdır.

Chosen
28
publika.az

1Sources