Noyabrın 26-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.28% – 44,860.31 bəndədək, S&P 500 indeksi 0.57% – 6,021.63 bəndədək, Nasdaq indeksi isə 0.63% – 19,175.58 bəndədək artıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 26-da FTSE 100 indeksi 0.40% – 8,258.61 bəndədək, Almaniyanın DAX indeksi 0.56% – 19,295.98 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.87% – 7,194.51 bəndədək azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,08% azalaraq 1.0481 dollar təşkil edib.