EN

Putinin Avropadakı "dostu" Rusiyaya köçdü: görün hansı vəzifəni icra edəcək

Avstriyanın keçmiş xarici işlər naziri, Putinin dostu kimi tanınan Karin Knaysl Yesenin adına Ryazan Dövlət Universitetində işə düzəlib.

Publika.az xəbər verir ki, bu barədə rektor vəzifəsini icra edən Dmitri Bokov öz "Telegram" kanalında məlumat verib. O, Knayslın bu universitetdə dərs deyəcəyini yazıb, lakin təfərrüatları açıqlamayıb:

“Bu gün avstriyalı dövlət xadimi, jurnalist və siyasətçi, Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl universitetimizi ziyarət etdi. Səfər çərçivəsində biz razılaşdıq, o, dərs deyəcək”.

Xatırladaq ki, Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Rusiyaya köçüb. Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra o, Rusiyaya gələrək bəzi siyasətçiləri qəzəbləndirib. Tezliklə onun Ryazan vilayətinin Petruşovo kəndinə köçdüyü məlum olub. Keçən ilin payızında Knaysl Sankt-Peterburqa köçdüyünü elan edib.

Chosen
31
1
publika.az

2Sources