EN

Qəhvə insan bağırsaqlarına necə təsir edir?

Alimlər qəhvənin insan bağırsaqlarında bəzi faydalı bakteriyaların sayını artırdığını aşkar ediblər.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Nature Microbiology" yazır.

Mütəxəssislər qəhvə içənlərlə qəhvə içməyənlərin bağırsaq mikrobiomlarını müqayisə edərək, onların bəzi əhəmiyyətli fərqlərinin olduğunu qeyd ediblər. Qəhvəni sevən və ondan istifadə edənlərin bağırsaq mikrobiomunda qəhvə içməyənlərə nisbətən səkkiz dəfə daha çox faydalı bakteriya var.

Üstəlik, bu fərq insanın hansı bölgədə yaşadığı şəraitdən asılı deyil. Bu halı nəzərə alan alimlər belə qənaətə gəliblər ki, qəhvə çoxlarının iddia etdiyi kimi mənfi deyil, ümumilikdə insan orqanizminə müsbət təsir göstərir.(Publika.az)

Chosen
15
5
olke.az

9Sources