EN

Hər gün evə sərxoş gələn kişi ona irad bildirən arvadını döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Sakit Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.


İttihama görə, hadisə 04 iyun 2024-cü ildə, səhər saat 06 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.


Belə ki, Sakit Quliyev ailə üzvləri ilə birlikdə yaşadığı evdə olarkən növbəti dəfə sərxoş vəziyyətində olmasına görə arvadı, zərərçəkmiş Zərifə Quliyeva (şərti) ona şifahi irad bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Sonra təqsirləndirilən şəxs qadının üzərinə hücum edib qəsdən təpik zərbəsi ilə onun sağ əl nahiyəsinə zərbə vuraraq xəsarətlər yetirib.


Hadisədən sonra Zərifə DİN-in “102 xidməti”nə zəng edib məlumat verib və Sakit Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Zərərçəkmiş məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, iş üzrə icaata xitam verilməsini xahiş edib.

 

Kamal Məmmədov 

Tarix: 27 Noyabr 2024, 11:22   
Chosen
23
pravda.az

1Sources