EN

Merkel: Putin Ukrayna əleyhinə müharibədə qalib gəlməməlidir

Almaniyanın keçmiş kansleri Angela Merkel 26 noyabrda Berlindəki Alman Teatrında öz xatirə kitabının təqdimatında verdiyi bəyanatda, Ukraynanın suverenliyini qorumaq üçün beynəlxalq tərəfdaşların kömək etməli olduqlarını vurğulayıb.

Musavat.com-un məlumatına görə Merkel bildirib ki, Rusiyanın müharibədə qalib gəlməməsi vacibdir: "Bizim maraqlarımıza uyğun olan, Ukraynanın müstəqil bir dövlət olaraq qalmasıdır", - deyə o, əlavə edib.

Keçmiş kansler, Avropa və beynəlxalq icmanın Ukraynanın ərazi bütövlüyünü təmin etmək və onun müstəqilliyini qorumaq üçün daha fəal dəstək göstərməli olduğunu qeyd edib. Merkel həmçinin qeyd edib ki, bu müharibənin yalnız Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyi üçün də ciddi əhəmiyyət kəsb etdiyi üçün daha çox həmrəylik və birgə mübarizə tələb edir.

Merkelin sözləri, beynəlxalq dəstəyi daha da gücləndirmək və Ukraynanın qalib gəlməsi üçün diplomatik və hərbi yardımların davam etdirilməsini təşviq edən bir çağırış kimi qiymətləndirilir.

Chosen
11
1
musavat.com

2Sources