EN

Məşhur gürcü futbolçu prezidentliyə namizəd oldu -FOTO

Ötənlərin məşhur gürcü futbolçusu prezidentliyə namizəd olub. Vətəninfo.az xəbər verir ki, Gürcüstanın Hakim “Gürcü arzusu”nun (GA) prezidentliyə namizədi keçmiş futbolçu Mixail Kavelaşvili olacaq. Bu barədə hakim partiyanın fəxri sədri, milyarder Bidzina İvanişvili məlumat verib.
Hakim partiyadan formal olaraq ayrılan “Xalq Gücü” partiyasının liderlərindən biri olan Kavelaşvili oktyabrın 26-da keçirilən parlament seçkilərində GA partiyasının siyahısında 18-ci olub.
Mixeil Kavelaşvili idman karyerasına Tbilisinin “Lokomotiv” klubunda başlayan futbol veteranıdır, sonra “Dinamo”ya keçib və burada altıqat Gürcüstan çempionu olub.

image-1

1995-ci ildə Vladiqafqazın “Spartak-Alaniya” klubuna, 1996-cı ildə isə “Mançester Siti”yə (28 matç, 3 qol) keçib. O, İsveçrənin müxtəlif klublarında da çıxış edib.
O, Gürcüstan millisində 46 oyun keçirib və 9 qol vurub.
Gürcüstan prezidentini ilk dəfə əhali deyil, “Gürcü Arzusu”nun mandatların çoxluğuna sahib olacağı Seçicilər Kollegiyası seçəcək. Gürcüstanda prezident seçkiləri dekabrın 14-də parlamentin binasında, andiçmə mərasimi isə bu il dekabrın 29-da keçiriləcək. Dekabrın 14-də seçkilərin ikinci turu da (zərurət yaranarsa) keçiriləcək.
Konstitusiyaya əsasən, kollegiya 300 nəfərdən, o cümlədən Gürcüstan parlamentinin 150 deputatından, Acarıstan və Abxaziya Muxtar Respublikasının (mühacirətdə) Ali Şuralarının üzvlərindən ibarətdir. Bu il yerli özünüidarəetmə orqanlarından olan 109 nəfər kollegiya üzvü Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi kvotalar üzrə müvafiq siyasi partiyaların namizədliyini irəli sürəcək. Kvotalar proporsional coğrafi təmsilçilik prinsipinə uyğun olaraq və 2021-ci ildə keçirilmiş yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələrinə əsasən proporsiyalar üzrə müəyyən edilir.
Seçki Şurasının tərkibini Mərkəzi Seçki Komissiyası təsdiq edəcək.
Müxalifət partiyaları 11-ci çağırış parlamentin legitimliyini tanımadıqları üçün müxalifətdən olan 61 deputatın səsvermədə iştirak etməyəcəyi ehtimal edilir. Yerli hökumətlərdən müxalifət nümayəndələrinin səsvermədə iştirak edib-etməyəcəyi bəlli deyil.
Keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” müxalifət partiyası artıq prezident seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb.
Seçicilər kollegiyasının ən azı 30 üzvü Gürcüstan prezidentliyinə namizəd irəli sürmək hüququna malikdir.

Chosen
13
veteninfo.az

1Sources