EN

Gürcüstanda hakim partiyanın prezidentliyə namizədi o oldu

Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının prezidentliyə namizədi bəlli olub.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı partiyanın təsisçisi Bidzina İvanişvili “Gürcü arzusu”nun siyasi şurasının iclasından sonra brifinqdə açıqlayıb.

 

Sözügedən namizəd Mixail Kavelaşvilidir. 53 yaşlı Kavelaşvili Gürcüstan parlamentinin deputatı və “Xalqın Gücü” partiyasının siyasi katibidir. 

 

Qeyd edək ki, M. Kavelaşvili, həmçinin Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu olub. O, yığmada ümumilikdə 46 matç keçirib və bu oyunlarda 9 qol vurub. Bununla yanaşı, Kavelaşvili Tbilisinin “Lokomotiv”, Vladiqafqazın “Spartak-Alaniya”, eləcə də “Mançester Siti” və İsveçrənin müxtəlif klublarında çıxış edib. 

 

Onu da xatırladaq ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək. Ölkənin hazırkı Prezidenti Salome Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi yolu ilə 6 illik müddətə seçilib. Onun səlahiyyət müddəti bu payız başa çatır.

 

Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident oktyabrın 26-da baş tutan parlament seçkilərindən sonra deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək.

 

72 yaşlı S.Zurabişvili daha əvvəl açıqlamasında ikinci müddətə prezident seçilmək niyyətində olduğunu bildirmişdi.

Chosen
4
1
sfera.az

5Sources