EN

SOCAR-ın törəmə şirkəti ötən il 11,5 milyon manat xalis mənfəət əldə edib

“Azfen” birgə müəssisəsi 2023-cü ili 11,466 milyon manat xalis mənfəətlə başa vurub.

AzNews.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 7,1 dəfə azdır.

Ötən il “Azfen”in vergiyəqədərki mənfəəti 14,286 milyon manat (əvvəlki ilə nisbətən 7,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 2,821 milyon manat (8,3 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azfen”in aktivləri 276,573 milyon manat olub ki, bu da illik müqayisədə 14 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 3,3 dəfə azalaraq 25,042 milyon manata düşüb, balans kapitalı isə 4,8 % artaraq 251,531 milyon manata çatıb.

Chosen
2
4
aznews.az

5Sources