Mingəçevirdə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün səhər saatlarında qeydə alınıb.
Belə ki, Ehsan Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1963-cü il təvəllüdlü Niyar Abdullayevanı vurub.
N.Abdullayeva bazarda alverlə məşğul imiş. Avtomobil sürücüsü də taksi fəaliyyəti ilə məşğul olurmuş. Bədbəxt hadisə zamanı N.Abdullayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.
***
Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Report.аz xəbər verir ki, Mingəçevir şəhərində 1963-cü il təvəllüdlü Niyar Mahmud qızı Abdullayevanı avtomobil vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.