EN

"Bu, Zelenskinin siyasi sonu olacaq" - Kuleba

Zelenskinin ərazilərin güzəşti, Krımın Rusiya üçün saxlanması və Ukraynanın NATO- ya üzvlüyünün olmamasını  ehtiva edən sazişi imzalaması Ukrayna prezidentinin siyasi sonu demək olacaq.

"Unikal" xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Politico” qəzetinə deyib. 

Kulebanın fikrincə, Ukrayna prezidenti Vladimir Zelenskinin siyasi sonu ilə nəticələnə bilər.

"Ruslar Donbası saxlayır, Krımı saxlayır, NATO-ya üzvlük yox. Zelenski sazişi imzalaya bilərmi? Konstitusiyaya görə edə bilməz. Çünki bu, Zelenskinin siyasi sonu olacaq", - deyə Kuleba izah edib.

Chosen
33
50
unikal.az

10Sources