EN

Əlilliyə görə pensiya son 5 ildə 2.3 dəfə artıb - Sahil Babayev

Yazını böyüt
Yazını kiçilt

Əlilliyə görə pensiya son 5 ildə 2.3 dəfə, müavinətlər 3.5 dəfə artıb. 20-30% yox, 230-350% artım olub.

Hafta.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.

“Əlilliyə görə sosial ödənişlərin ümumi məbləği 2018-ci ildə 1.2 milyard manat idisə, bu gün bu məbləğ 2.5 milyard manata yaxınlaşır. Təkcə əlilliyi olan insanlara ödədiyimiz vəsaitin məbləğini biz 1.3 milyard manata yaxın qaldırmışıq.

Qeyd olundu ki, əlilliyə görə pensiyaçılardan sığorta stajı tələb olunur. Hər halda orada anlaşılmazlıq var. Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajı yalnız həmin şəxsin əmək qabiliyyəti dövrü üçün tələb olunur.

Əlil olduqdan sonrakı dövr üçün belə bir tələb yoxdur. Vətəndaş əgər heç vaxt işləməyib sonradan əlil olursa, əlbəttə, sosial sığorta ödəmədiyinə görə pensiya sisteminə girə bilməyib, müavinət sisteminə girəcək. Əgər vətəndaş işləyib sonradan əlillik qazanıbsa, əmək qabiliyyətli hər ilinə görə cəmi 4 ay sığorta stajı tələb olunur. Düşünürük ki, bu kifayət qədər güzəştli yanaşmadır”, - deyə nazir bildirib.

Chosen
18
3
hafta.az

4Sources