EN

Dünyaya gətirdiyi körpəsini illərlə siyirmədə gizlətdi

İngiltərə azyaşlı qızını üç il siyirmədə gizlədən anadan danışır.

Oxu24.com  xarici KİV-ə istinadən xəbər verir ki, qadın 3 il əvvəl dünyaya gətirdiyi körpəsini nə az, nə də çox düz 3 il sevgilisindən və ailəsindən gizli saxlayıb. 

Belə ki, illər sonra hadisənin şahidi olan kişi polisə müraciət edib. Qadın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O  ilkin ifadəsində övladını ailəsindən və  sevgilisindən gizlətmək məqsədilə belə bir addıma atdığını deyib. 

"Hamilə olduğumu bilmirdim, qorxdum. Uşaq həmişə siyirmədə deyildi və mən siyirməni hər zaman bağlamırdım. O, uşaq ailəmin bir hissəsi deyildi", - deyə qadın ifadə edib. 

Məlum olub ki, qadın uşağı 2020-ci ilin mart ayında vannada doğub, azyaşlının heç bir rəsmi qeydi olmayıb və doğulandan bəri siyirmədə saxladılıb. Ana təkcə arabir uşağı şprislə qidalandırıb və uşaq bezini dəyişdirib. Ananın işə getdiyi saatlarda uşaq tək qalıb.

Körpə tapılan zaman yeriyə, sürünməyə və heç bir səs çıxara bilməyib.  Chester Crown Məhkəməsində verilən ifadəyə görə, demək olar ki, üçüncü ad gününə yaxınlaşan kiçik qız ömründə nə gün işığı, nə də təmiz hava görməyib. 

Qadına 7 il həbs cəzası verilib. 

Chosen
12
1
oxu24.com

2Sources