EN

Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşdi- 285 manat...

Image

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən gələn il üçün ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Qanun layihəsi Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyənləşdirilir.

Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

ZÜMRÜD





Chosen
6
6
baki-xeber.com

7Sources