EN

Rusiya Xarici Kəşfiyyat Xidməti ermənilərə vətəni necə sevməyi öyrətmək qərarına gəlib

Noyabrın 26-da Moskvada MDB ölkələri təhlükəsizlik xidmətləri rəhbərlərinin iclasında "Qərbin MDB məkanında sabitliyi pozulmasına yönəlmiş çoxşaxəli səyləri" fonunda MDB ölkələrinin təhlükəsizliyini təmin etmək üçün xüsusi xidmət orqanlarının əməkdaşlığı məsələlərinə baxılıb.

İclas zamanı qeyd olunub ki, Qərb mövcud regional təhlükəsizlik arxitekturasını dağıtmağa məqsədyönl cəhdlər" edir ki, bu da MDB ölkələrinin sabit inkişafına təhlükə yaradır, noyabrın 26-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bu gün Rusiya Xarici Kəşfiyyat Xidməti Qərbin "düşmən" siyasətindən necə qorunmaqla bağlı Ermənistan hakimiyyətinə tövsiyələrini dərc edib ki, burada Ermənistanın Qərblə yaxınlaşma kursunu saxlayacağına şübhə ilə yanaşılır. 

"Vaşinqtonda ona əsaslanırlar ki, "pul saymağı bacaran" ermənilər zaman keçdikcə ənənəvi regional əlaqələrin kəsilməsindən onlara dəyən ziyanın yerini doldurmağın mümkün olmadığını başa düşürlər.

Amerikalılar qərbyönlü qüvvələrin: Aram Sarkisyanın Respublika Partiyası, Arman Babacanyanın Respublika Naminə Partiyası, Tiqran Xzmalyanın Ermənistan Avropa Partiyası, Levon Şirinyanın Xristian- Demokrat Partiyasının köməyilə Ermənistanda "kifayət qədər etibarlı olmayan" hakimiyyəti necə "möhkəmləndirmək" barədə düşünürlər

Artıq qərbyönlü partiyaların 2026-cı il seçkilərində parlamentə keçməsini  təmin etmək üçün siyasi "təşviqi" başlanılıb, Xarici Kəşfiyyat Xidmətinin xəbərdarlıq məlumatında deyilir.

Sonda Xarici Kəşfiyyat Xidməti xəbərdarlıq edir ki, Ermənistanın qərbyönlü oriyentasiyası ölkənin Ukraynada olduğu kimi dağılmasına gətirib çıxaracaq.

Chosen
18
1
turan.az

2Sources