EN

Dünyada HİV-ə yoluxma 22% azalıb -  Yeni hesabat

Dünyada Dünyada HİV-ə yoluxma 22% azalıb -

Amerika Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun (IHME) alimləri müəyyən ediblər ki, 2010-cu ildən 2021-ci ilə qədər yeni HİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyalarının sayı demək olar 22%, ölüm halları isə 40% azalıb.

E-saglam.az Qaynarinfo-ya istinadla xəbər verir ki, hesabat dekabrın 1-də qeyd olunan Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində "The Lancet" jurnalında dərc olunub.

Tədqiqat dünyanın 204 ölkəsini və ərazisini əhatə edib. 2021-ci ilin məlumatına görə, HİV-ə yoluxanların sayı 2010-cu ildəki 29,5 milyondan 40 milyona çatıb. 2010-cu ildə 2,11 milyon yeni infeksiya qeydə alınıb və 1,19 milyon İİV-ə yoluxmuş insan ölüb. 2021-ci ilə qədər bu rəqəmlər 1,65 milyon yeni xəstəliyə və 718 min ölümə qədər azalıb.

Xəstəlik nisbətinin azalmasına əsas töhfə Saharadan cənub-qərb Afrika və Cənubi Asiya ölkələri tərəfindən verilib. Saharaaltı Afrikada virusa yoluxma ehtimalı 2010-cu ildəki 21,8%-dən 2021-ci ildə 8,7%-ə düşüb, baxmayaraq ki, bu nisbət hələ də dünyada ən yüksəkdir. Bu bölgədə ölüm hallarının sayı hər 100 min nəfərə 106,5-dən 45,5-ə düşüb.

Lakin bəzi digər bölgələrdə vəziyyət daha da pisləşib. Mərkəzi və Şərqi Avropa ölkələrində, eləcə də Mərkəzi Asiyada HİV-dən ölənlərin sayı eyni dövrdə 10,4% artaraq 2021-ci ildə 28,3 min nəfər təşkil edib. Şimali Afrika və Yaxın Şərqdə İİV-dən ölüm halları 40,7% artıb, 2021-ci ildə bu bölgələrdə 11,100 nəfər ölüb.

Alimlərin gələcəyə dair proqnozları ümumilikdə optimistdir. Onlar HİV-ə yoluxma və ölüm hallarının qlobal miqyasda azalmağa davam edəcəyini gözləyirlər. Belə ki, proqnozlara görə, 2030-cu ildə HİV-dən 513 min insan ölə bilər, 2050-ci ilə qədər isə bu rəqəm 327 min nəfərə enəcək.

Eyni zamanda, HİV-ə yoluxanların sayı artmaqda davam edəcək və 2030-cu ilə qədər 43,7 milyona çatacaq və 2039-cu ildə 44,4 milyona çata bilər. Bundan sonra, alimlərin fikrincə, bu nisbət tədricən azalmağa başlayacaq və 2050-ci ilə qədər dünyada təxminən 43,4 milyon virus daşıyıcısı olacaq.

E-saglam.az 

Chosen
16
1
e-saglam.az

2Sources