EN

İslamabadda İmran Xanın tərəfdarları mitinqi dayandırdı

Pakistanın keçmiş baş naziri İmran Xanın rəhbərlik etdiyi müxalifət partiyası İslamabadda iki günlük nümayişi başa çatıb.

KONKRET.az Bloomberg-ə istinadən xəbər verir ki, buna hökumətin bir gecədə yüzlərlə mitinq iştirakçısını həbs etməsi səbəb olub. Pakistan Daxili İşlər Nazirliyinin məlumatına  görə, hüquq-mühafizə orqanları  İslamabadda əsas prospekti təmizləyib. Daxili işlər naziri Mohsin Naqvi  jurnalistlərə bildirib ki, Xanın partiyasının yüksək səviyyəli liderləri, o cümlədən etiraza rəhbərlik edən həyat yoldaşı Buşra Bibi və Əli Əmin Qandapur ərazidən qaçıblar.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
19
konkret.az

1Sources