EN

Azərbaycan COP29-da üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi - MÜSAHİBƏ

Milli Məclisin Vll çağırış deputatı, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sabiq dəri Mübariz Qurbanlı Modern.az-ın qonağı olub. O, ölkəmizdə 11-22 noyabr tarixlərində keçirilən COP29-la bağlı suallarımızı cavablandırıb.

 

Müsahibəni təqdim edirik:

 

- Mübariz müəllim, ölkəmizdə keçirilən COP29 tədbirinin əhəmiyyətini necə qiymətləndirərdiniz, bu cür tədbirə ev sahibliyi etmək iqlim dəyişikliyinin həll yolunda atılacaq addımlara, o cümlədən Azərbaycanın mövqeyinə necə təsir edəcək?

 

- Birləşmiş Millətlər Təşkilatının (BMT) tədbiri olan COP 29-cu dəfə Azərbaycanda keçirildi. Post-Sovet ölkələri içərisində Polşadan sonra Azərbaycanda keçirilir. COP-un keçirildiyi ölkələrə nəzər salsaq görərik ki, bu tədbir bir çox ölkələrdə bir neçə dəfə keçirilib, bura əsasən Almaniyanı göstərə bilərik. COP-u təsis edərkən qarşıya bir məqsəd qoyuldu. BMT-nin müəyyən etdiyi qlobal xarakterli dünyamızı təhdid edən problemləri həll etməkr. Bu problemlər yığcam şəkildə 10 istiqaməti özündə əks etdirir. Problemləri sıraladıqda dünyamızı ən çox təhdid edən problem iqlim dəyişikliyi, ikinci yerdə ekoloji fəlakətlər və onun yaratdığı təhdidlərdir. Planetin 1.5 dərəcə istiliyinin artması yerdə çoxlu fəlakətlərlə müşahidə olunur. Əgər iqlim dəyişikliyinin qarşısını bəşəriyyət saxlamasa, planetdə insanların qidalanması, yaşaması ilə bağlı ciddi problemlər yarana bilər. Hətta hazırkı ortalama istilik 5 dərəcə artsa, insanların yaşaması üçün planet əlverişli yer olmayacaq. Planetin məhv olmasına bir sıra səbəbdən ola bilər. Bunlardan birincisi qalaktikada baş verən proseslər nəticəsində günəş sisteminə  daxil olan bütün planetlərin məhv olmasıdır ki, bu bizdən aslı olmayan səbəblərdir. Bir də var bizdən aslı olan səbəblər. Birincisi istixanaların çoxluğunun yaratdığı qlobal istiləşmə, ikincisi isə müharibələr. Karbon emissiyasının ətraf mühitə kütləvi şəkildə verilməsi ciddi fəsadlarla nəticələnir. COP tarixinə baxsaq görərik ki, bu tədbirin də əsas məqsədi məhz budur. COP29-un digər COP tədbirlərindən əsas fərqi o idi ki, biz çox qısa müddətdə - 11 aya bu tədbirə hazırlaşdıq. COP29-un son günündə qətnamə qəbul edildi və BMT rəsmiləri tədbirin yüksəsk səviyyədə keçirldiyi üçün Azərbaycana təşəkkür etdi. Cənab Prezident İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilən kimi dərhan müvafiq kommisya yaradıldı, tapşırıqlar verildi.

Azərbaycanın rəhbərliyi BMT ekspertləri ilə birlikdə 14 maddəlik təkliflər paketi hazırladı. Çox ciddi müzakirələr getdi və bu müzakirələrə 80-dən çox hökumət başçısı, 196 ölkənin isə nümayəndələri iştirak etdi. İndi xaricdən maliyələşən şəxslər, böyük bir tədbiri gözdən salmaq istəyənlər burada kimlər iştirak etdi, nə qədər iştirak etdi mövzusunu ortaya atırlar. COP-da müzakirələrdə iştirak edənlər hər bir ölkənin xüsusi təyin etdiyi nümayəndəliklər, bu sahə üzrə mütəxəssislərdir. Hər hansı ölkənin buraya gəlişi, iştirakı, sadəcə tədbirdə çıxış edərək mövqeyini göstərmək ola bilər. Konkret sənədlər üzərində dövlət başçıları nəsə edə bilmir. Əsas odur bütün ölkələr burada iştirak edərək canlı müzakirələrdə çıxış edib. Müzakirələr nəticəsində karbon emissiyası, o cümlədən istixana effektlərinin qarşısının alınması üçün vəsaitin lazımlılığı vurğulanıb. Planetinimizdə bu prosesin qarşısını almaq istəyiriksə, həddindən çox vəsait lazımdır. Təbii ki, birdən-birə bu məbləğin təyini mümkünsüzdür. Ona görə də hər COP tədbirində bu məsələlər yenidən qaldırılır və bu razılaşmalar əsasında ayrılan vəsaitlər istiliyin artırılması prosesini ləngitməyə xidmət edir. Ətraf mühitə karbon, metan və digər zərərli qazların yayılmasında daha çox rolu olan ölkələr sürətlə inkişaf etmiş ölkələrdir. Bu ölkələrin sənayesi, istehsal müəssələri ətraf mühitə daha çox karbon qazı verir. COP-da ayrılan vəsait inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrə lazımdır ki, yaşıl enerjiyə keçid edə bilsinlər. Beləliklə onlar karbon emissiyasına səbəb olmasınlar. Həmçinin bu ölkələr inkişaf etmiş ölkələrin səbəb olduğu nəticələrdən əziyyət çəkən ölkələrdir.  Azərbaycanda aparılan danışıqlardan sonra  hər il vəsaitin bu ölkələrə 300 milyard dollar ayrılması nəzərdə tutuldu. Bu çox böyük uğurdur. Ümumiyyətlə Azərbaycanda keçirilən COP29 tədbiri COP tədbirlərinin dönüş nöqtələrindən biridir. Azərbaycan ev sahibi olaraq öz üzərinə düşən vəzifəni çox yüksək səviyyədə həyata keçirib və ölkəmizdə keçirilən bu tədbir gələcəkdə keçirilən digər COP tədbirlərinə yol rolunu oyunayacaqdır. Bu da Azərbaycanın, Azərbaycan dövlətinin başçısının böyük uğurudur. Onu da qeyd edim ki, COP29-da belə bir təklif irəli sürüldü ki, gələcəkdə bu tədbir ayrı-ayrı ölkələrdə deyil, daimi olaraq bir məkanda keçirilməsi nəzərdə tutulsun, digər tərəfdən belə bir fikir də səsləndi ki, ayrı-ayrı dövlər başçılarının bu tədbirə birbaşa olaraq gəlməyinə ehtiyac yoxdur. Onlar müraciətlərini onlayn şəkildə də dünyaya çatdıra bilərlər. Çünki dövlət başçılarının COP-da iştirak etməsi hansısa qərarın qəbul edilməsinə təsir etmir. Qərarı ekspertlərin uzun danışıqlarından sonra verir. 

- Xarici dairələrin COP-un Azərbaycanda keçirilməsinə qarşı çıxışları oldu. Bunun səbəbini nədə görürsünüz?

 

- COP-la əlaqədar xarici mətbu orqanlarda, o cümlədən Azərbaycandan gedərək xarici dairələrin, əsasən də ermənilərin maliyəsi ilə xaricdə fəaliyyət göstərən internet televizyalarında yayılan məlumatlar tamamilə qərəzli və saxta məlumatlardır. Prosesi bilməyən adamların və qəsdən bunu təhrif edən adamların işidir. Dünya mətbuatında COP29-un nəticələri ilə bağlı çox müsbət fikirlər oldu. Hətta ABŞ-nin prezidenti Bayden Azərbaycanda keçirilən bu tədbirin yüksək səviyyədə təşkili ilə bağlı fikirlərini səsləndirdi. Bakı eyni zamanda istixana effektinin, karbon  emisyasının qarşısını almaq üçün real olaraq öz mütəxxəsislərinin iştirakı ilə töhfəsini də verdi. İlham Əliyev də açılış nitqində bu məsələlərlə bağlı Azərbaycanın rolunu, strateji vəzifələri və karbon emisyasında Azərbaycanın aşağı səviyyədə yer tutduğunu qeyd etdi.

- COP29 həm də siyasi tədbir idi?

 

- İstənilən tədbirdə siyasət var. COP-un əsas məqsədi siyasətdən uzaq olsa da bu tədbiri də siyasiləşdirmək istəyənlər oldu. Kim idi bunu siyasiləşdirən? Əlbəttə ki, siyasi dairələr. COP-un Bakıda keçirilməsi ilk növbədə Azərbaycanın uğurudur. İkincisi bu Azərbaycanı daha geniş miqyasda tanıdılmasında xüsusi rolu var, üçüncüsu Azərbaycanın burada rolu eyni zamanda ölkənin dünyada baş verən proseslərə nə qədər ciddi şəkildə təsir etdiyinin göstəricisidir. Azərbaycana qarşı bu tədbiri nə baxımdan siyasiləşdirirdilər? Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını gündəmə gətirdilər. Bu mövzunun ilk növbədə COP-a heç bir aidiyyatı yoxdur, ikincisi bu iki ölkə arasında sülh danışıqlarına əsas can atan ölkə elə Azərbaycandır. Bu fikirləri COP-la əlaqələndirmək istəyirdilər, lakin Azərbaycanın tərəfi açıq idi. Azərbaycan Ermənistanı COP-da iştiraka da dəvət etmişdir, eyni zamanda sülh danışıqlarının yüksəsək səviyyədə getdiyi bildirilir. İkinci məsələ siyasi məhbuslar məsələsidir. Kimlərə deyir bunlar siyasi məhbuslar? Azərbaycan ərazisində separatçılıqla məşğul olan ermənilərə, hansı ki, onlar işğal olunmuş ərazilərimizdə bəşəriyyət, insanlıq əleyhinə cinayətləri törədiblər. Azərbaycanda etnik təmizlənmənin olduğunu deyirlər, cəfəngiyatı məcbur olub izah etmək məcburiyyətində qalırsan. Həmçinin, COP-un Azərbaycanda keçirilməsi qərarı verilən kimi belə bir fikir səsləndi ki, Azərbaycan neft və qaz ölkəsidir orada COP niyə keçirilir. Birincisi COP-un harada keçirilməsi yekdil qərarla verilir. İkincisi Azərbaycandan öncə də neft və qaz ixrac edən ölkələrdə bu tədbir keçirilib, onda niyə belə hay-küy yox idi? Azərbaycan tarixən neft ölkəsi hesab edilir, bu sahədə müxtəlif istiqamətlərdə ilklərə imza atıb, ona görə də adı neftlə anılır. Müasir dövrdə isə neft bazarında  Azərbaycanın payı həddindən çox azdır. Prezidentimiz də öz çıxışında konkret rəqəmlərlə bunu bildirdi. Dünyada ətraf mühitə karbonun ixracı tək qaz və neftdən aslı deyil. Azərbaycan karbon emisyasında 0. 01 faiz payı var. Dünyanın dörd bir yanında toqquşmalar gedir, ataom elektrik stansiyaları inşa edilir, dünyanın hər yerində nələrsə istehsal edilir. Bunlar hamısı iqlim dəyişikliyini ciddi təsir edir. 

 

- İqlim dəyişikliyi ilə bağlı keçirilən tədbirlərə reaksiyaları necə qiymətləndirisiniz? 

 

- Ətraf mühit və iqlim məsələlərində dünyada yekdil fikir yoxdur. Gələcək nəsili düşünməyən qruplar var bəziləri isə hesab edir ki, insanın ətraf mühitə təsiri, istilik effekti və sair qorxulu deyil. Məsələn ABŞ, Donald Trampın birinci prezidentliyi dövründə Paris sazişindən çıxdı, daha sonra demokratlar hakimiyyətə gələndə yenidən saziş qəbul edildi. İndi yenə ABŞ-nin bu sazişdən çıxacağı düşünülür. Hər bir halda COP tədbirləri, oradan çıxan nəticələr olmasa, yaşıl enerjiyə keçid etməsələr bəşəriyyət üçün faciəvi hallar baş verə bilər. Ümumilikdə desək bu cür böyük tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük nailiyyətdir, bu həm də prezident İlham Əliyevin apardığı uğurlu siyasətin göstəricisidir. 

Chosen
32
modern.az

1Sources