EN

Qol sevincini təkrarlayan həmkarını oğru adlandırdı: Öz obrazını yarada bilmirsə...

“Sportinq”in hücumçusu Viktor Diekeres “Arsenal”ın hücumçusu Qabriel Martinellinin onlarla matçda vurduğu qolu qeyd etməsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, o, qol vurduqdan sonra sevincini onunla oxşar obrazda ifadə edən braziliyalı vingerin ünvanına bu sözləri deyib:

“O, öz obrazını yarada bilmir, mənim sevincimi isə oğurlaya bilir. Mən onun bunu etdiyini bilmirdim. Amma gülməli odur ki, o, mənim sevincimi bəyənir”.

Qeyd edək ki, "Sportinq" - "Arsenal" görüşü İngiltərə təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:5.

Chosen
41
publika.az

1Sources