Hurriyyet.az "Yevropeyskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso RF Prezidenti Vladimir Putinin dəvəti ilə faşizm üzərində qələbənin 80 illiyi müasibəti ilə Moskvada keçiriləcək 9 May tədbirlərində iştirak edəcək.
Ukraynada müharibə başlanandan bəri Slovakiyanın heç bir təmsilçisi Rusiyaya rəsmi səfər etməyib.
Fitso bu qərarını sosial şəbəkədəki səhifələrində təsdiqləyib. O, SSRİ-nin Qızıl Ordusunun II Dünya müharubəsində faşizm üzərində qələbədəki rolunu qeyd edərək yazıb: "Slovakiya Respublikasının vətəndaşları Qızıl Ordunun 1944-45-ci illərdə torpaqarımızı azad etməsi ilə bağlı bütün yubileyləri və hadisələri minnətdarlıq və hörmətlə xatırlayırlar".
Hürr Tərcüman