EN

Masajın inanılmaz xeyirləri - ARAŞDIRMA

Masaj bir çox insanın həm psixoloji, həm də mənəvi cəhətdən rahatlamaq üçün üz tutduğu vasitədir. Uşaqdan böyüyə hər kəsdə yüksək effekt verir. Bu yolla əksər xəstəliklərdən qorunmaq, qarşısını almaq mümkündür.

Araşdırmlara görə masaj 45-70 dəqiqəyə yaxın edilməlidir. Bu vaxt təbii yağlardan istifadə olunur. Orqanizmdə 400-dən çox əzələ var, onların hər birinin damar və sinir təchizatı mövcuddur. Məhz ona görə də əzələlərin qısalması, ifliclər zamanı masaj mütləqdir.

Faydaları say-say bitməz, lakin masajın göstərdiyi müsbət təsirlərin bəzilərini təqdim edirik:

Qan dövranını tənzimləyir; İmmunitet sistemini gücləndirir; Piylərin əridilməsinə səbəb olur; Sellülitlərin yox edilməsi üçün də xeyirlidir; Saç dərisinin masajı saçların çoxalmasında vacib rol oynayır; Şiş ölçüsünü azaldır; Əzələləri boşaldır; Yuxu rejimini yaxşlaşdırır; yorğunluq, əsəb və stressdən xilas edir; Qaraciyərin filtr funksiyasına gözəl təsir göstərir; Dərini təravətli edir, qocalmanın qarşısını alır; İnfarkt, insult, hipertoniya kimi xəstəliklərin yaranması risklərindən qoruyur və s.

Məlumat üçün onu da deyək ki, masaj həm quru, həm də müxtəlif yağlarla ola bilər. Əgər dəri sorulmasının artmasını nəzərə alsaq, onda tam təbii yağlarla masaj daha səmərəli hesab edilir. Məsələn, sızma zeytun yağı ilə tərkibində neft mənşəli yağlarla duru parafinlə masaj etmək məsləhət deyil, belə yağlar dərimizdən daxilə sorulur və damar tıxanmaları ilə nəticələnir. Ona görə də bu peşəkarlar tərəfindən icra olunmalıdır.

Zərintac Mayisqızı Missiya.Az

Chosen
24
missiya.az

1Sources