EN

Şahmat Tacı uğrunda matç: Qukeş hesabı bərabərləşdirib

Şahmat Tacı uğrunda Dinq Liren - Dommaracu Qukeş mübarizəsində 3-cü partiya başa çatıb.

İdman.biz xəbər verir ki, Sinqapurda keçirilən matç hindistanlı şahmatçısının qələbəsi ilə yekunlaşıb.

Onun çinli rəqibinin gedişlər üçün vaxtı tükənib. Hazırkı dünya çempionu seytnota düşdüyü üçün uduzub.

Ağ fiqurlarla oynayan Qukeş bu qələbə ilə hesabı bərabərləşdirib. Üç partiyadan sonra tarazlıq yaranıb – 1,5:1,5.

Qeyd edək ki, sabah istirahət edəcək şahmatçıların duelində 4-cü partiya noyabrın 29-da oynanılacaq.

Ä°dman.biz

Chosen
23
idman.biz

1Sources