EN

Rəsmi Bakıdan Duda Azərbaycanla sərhədə getməsinə - Reaksiya

“Polşa Prezidenti Andjey Dudanın Avropa İttifaqının Ermənistandakı missiyasının üzvləri ilə birgə Ermənistan və Azərbaycan arasında sərhəd bölgəsinə səfəri təəssüf ki, Aİ-yə üzv müxtəlif ölkələrin və Avropa institutlarının anti-Azərbaycan siyasətinin daha bir nümayişidir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında etdiyi paylaşımda qeyd olunub.

“Azərbaycanın rəsmi olaraq “strateji tərəfdaşı” olan bir ölkənin prezidentinin Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik “binokl şousunda” iştirak etməsindən dərin təəssüf hissi keçiririk”, - deyə məlumatda qeyd olunub.

Qeyd olunub ki, Azərbaycan rəsmilərini Polşanın Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinə göndərilən çoxsaylı mesajlarına baxmayaraq, Polşa tərəfi bu təxribatçı addımdan çəkinməyib: “Azərbaycan bu qeyri-dost addıma qarşı müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır”.

Xatırladaq ki, A.Duda Ermənistanda rəsmi səfərdədir.


Müəllif: Teleqraf.com
Chosen
6
10
teleqraf.com

10Sources