EN

“Beşiktaş”da Hasan Arat da istefa verdi

Futbol üzrə Türkiyə Super Liqasında uğursuz mövsüm keçirən “Beşiktaş”da klub prezidenti Hasan Arat da istefa verib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Hasan Arat klubun futbol şöbəsinə rəhbərlikdən istefa verib. Futbol şöbəsinə yeni rəhbər seçilənə qədər bu vəzifəni müvəqqəti olaraq Hüseyin Yücelin yerinə yetirəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, “Beşiktaş” klubunun prezidenti olan Hasan Arat 2023-cü ilin dekabrından eyni zamanda klubun futbol şöbəsinin rəhbəri idi.

Xatırladaq ki, bu gün “Beşiktaş”ın vitse-prezidenti Onur Göçmez, idman koordinatoru Samet Aybaba, klub məsləhətçisi Bred Fridel, media və kommunikasiya qrupu koordinatoru Okay Karaca, rabitə meneceri İşıl Zeybek də vəzifəsindən ayrılmışdı. Amma Onur Göçmezin istefası qəbul edilməyib. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, funksionerin təqdim etdiyi istefa ərizəsi İdarə Heyəti və klub prezidenti Hasan Arat tərəfindən qəbul olunmayıb. Onun “Beşiktaş”dakı vəzifəsinə davam edəcəyi vurğulanıb.

Xatırladaq ki, uğursuz mövsüm keçirən “Beşiktaş” hazırda Türkiyə Super Liqasında 12 turdan sonra 21 xalla 6-cı sırada qərarlaşıb.

Chosen
22
2
arena.az

3Sources