EN

Müşfiq Məmmədli yeni təkliflərə çıxış etdi-Video

Milli Məclisin deputatı Müşfiq Məmmədli  parlamentdə büdcə müzakirələri zamanı çıxış edib.

XALQ.AZ məlumat verir ki, millət vəkili Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı çıxış edərək seçiciləri narahat edən məsələlərlə bağlı təkliflər verib.

Deputatın çxışını təqdim edirik:

Dünya iqtisadiyyatındakı meyllər və qlobal kataklizmlər fonunda Azərbaycanın iqtisadiyyatındakı müsbət meyllər, ölkə Prezidentinin nə qədər ugurlu iqtisadi siyasət yürütdüyünün parlaq sübutudur.Cox diqqətəlayiq bir haldır ki, ölkə iqtisadiyyatındakı artım və bunun büdcəyə yönələn vəsaitlərin artımı şəklində yansıması böyük miqdarda qeyri-neft sektorunun hesabına təmin edilmişdir.
Səhiyyə xərclərinin 2mlrd-a yaxınlaşması(büdcə xərclərinin 4,8 %-i)olması,2024 cü illə müqayisədə 7.1% cox səhiyyə xərclərinin son 5 ildə 2 dəfədən artıq artması dövlətimizin bu sahəyə necə qayğı ilə yanaşmasının göstəricisidir.
Icbari tibbi sıgortanın tətbiqi ilə ölkə səhiyyəsinin maliyyələşməsində müasir yanaşmaların tətbiqi səhiyyə sahəsinin inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir.Səhiyyə xərclərinin 70 % dən cox İcbari Tibbi Sıgorta Fonduna (1.410,4 mln) yönəlməsi bu sahəninm prioritet olmasının sübutudur.Beləliklə 1.5 mlrd-da yaxın vəsait dövlət büdcəsi hesabına əhalinin sıgortalanmasına və dövlət proqramlarına ayrılmışdır.BU SOSİAL DÖVLƏT modelinin uğurla tətbiqinin nümunəsidir.
Ancaq Hesablama Palatasının rəyindən göründüyü kimi burada da bəzi korrektələrə, daha fərqli idarəetmə həllərinə və ölkə qanunvericiliyinə uygun şəkildə müasir korporativ idarəetmə modellərinin tətbiqinə ehtiyac vardır.
Digər sahələrdə də oldugu kimi yaradılmış publik hüquqi şəxslərin hələ də büdcə təşkilatları kimi fəaliyyət göstərdiyinin şahidi oluruq. Ancaq müasir idarəetmə tətbiq edilən, işini zamanın tələblərinə uyğun quran, Yeni klinika, Kliniki tibbi mərkəz, Abşeron Tibb Mərkəzi PHŞ lər dotasiyasız fəaliyyət göstərir, Sumqayıt Tibb Mərkəzi isə cox cüzi 7-8 % dotasiya ilə fəaliyyət göstərir. Belə nəticə çıxartmaq olar ki islahatların davamlı və ardıcıl tətbiqi bu müsbət nəticələrin artmasına gətirib çıxarar. PHŞ-lər şəklində fəaliyyət göstərən tibb mərkəzlərində tibbi kadrlardan səmərəli istifadə, modernləşmə, maddi texniki bazanın yaxşılaşması bu müsbət tendensiyaları sitimullaşdırır. Düşünürəm ki, tibb müəssisələrində ştat vahidlərinin formalaşmasında vahid elmi əsaslara söykənən yanaşma, digər neqativ tendensiyaların qarşısının alınmasında mühüm rol oynayardı.Səhiyyə nazirliyinin ölkə paytaxtında fəaliyyət göstərən PHŞ olmuş müəssisələri ilə yanaşı,regionlarda fəaliyyət göstərən müəssisələrinin PHŞ-lərə cevrilməsi mühüm əhəmiyyət kəsb edir.Beləliklə İTSF da toplanan kifayət qədər böyük vəsaitə TƏBİB-in, Səhiyyə Nazirliyinin və özəl tibb qurumlarının eyni dərəcədə əlcatanlıgının təmin edilməsi bir rəqabət mühitinin formalaşmasınan gətirib çıxarar,bu da əhaliyə keyfiyyətli tibb xidmətinin göstərilməsi ilə nəticələnərdi. Ölkədə fəaliyyət göstərən bütün tibb müəssələrinin İTSF -da olan vəsaitlərə cıxışının asanlaşdırılması bu müəssələrdə calışan həkimlər və digər tibb işcilərinin maaşlarının artırımasına və bu müəssisələrin maddi-texniki imkanlarının artmasına bir stimul yaradardı.Bu həm də təsdiq olunmuş İTSF-nin büdcəsində nəzərdə tutulmuş (2024 cü ildə 393 mln ) vəsaitin səmərəli istifadəsinə gətirib cıxarardı.
Bütün bunlarla yanaşı tibb müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılması və ilkin səhiyyə xidmətinin modernləşdirilməsi istiqamətində atılan addımlar, tibb işcilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, səhiyyə islahatlarının daha da ugur qazanmasına əminliyi artırır.
Hörmətli Xanım Sədr.
Yaradılan şəraitdən istifadə edərək,regionumuzda mövcud olan və hökümət üzvlərinin nəzərinə bir necə məsələni catdırmaq istəyirəm.
Siyəzən şəhərində yaradılan istehsal və kənd təsərüfatı müəssisələri hesabına əhali sayı dinamik artan şəhərlərimizdəndir.Xüsusən gənc əhalinin faiz nisbəti daha yüksəkdir.İdman sahəsində gənclərimiz böyük ugurlara imza atırlar.Bu baxımdan şəhərdə idman kompleksinin yaradılması cox vacibdir.Şəhərin girişində tikintisi yarımcıq qalmış obyektin bu istiqamətdə rekonstruksiya olunması problemin cevik həllinə səbəb olardı.
Quba rayonunun Cimi kəndində cayın üzərində körpünün olmaması əhali ücün cox böyük problemlər yaradır.
Qonaqkənd qəsəbəsindən sonrakı dag kəndlərində qaz infraksturunun qurulmasına baxmayaraq,qaz təchizatının olmaması kənd sakinlərinə böyük cətinliklər yaradır.
Hörmətli Xanım Sədr.Hörmətli millət vəkilləri.
Ölkə iqtisadiyyatındakı müşahidə olunan müsbət tendensiyalar və Azərbaycan Respublikasının 2025 ci il dövlət büdcəsinin hazırlanması istiqamətində atılan addımlar hökmətimiz tərəfindən ugurla həyata kecirilməkdədir.Bu işdə və gələcək fəaliyyətlərində hörmətli Baş nazir, Nazirlər Kabinetinə,hökumət üzvlərinə,agentlik rəhbərlərinə ugurlar arzulayıram!
Chosen
16
xalq.az

1Sources