EN

Mahir Süleymanlı parlamentdə statistika açıqladı            

Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində ölkəmizdə mənzil və fərdi evlə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı hər il əhəmiyyətli dərəcədə artır. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputat Mahir Süleymanlı parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat çıxışında şəhid ailəsi üzvlərinə güzəşt və imtiyazlar dövlət başçısının tapşırığları əsasında şəhid ailəsi üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketini xüsusi qeyd edib: 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən uğurla reallaşdırılan sosial dəstək paketi çərçivəsində şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24 min şəxsə isə birdəfəlik ödəmə təyin olunub. Bununla yanaşı şəhid ailələri, müharibə əlilləri və qazilərin mənzillə təminat proqramı 5 dəfə genişləndirilib. Onlara 6326 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib” – deyə Mahir Süleymanlı bildirib

Chosen
39
2
sabahinfo.az

3Sources