EN

Azərbaycanda kapital bazarlarının inkişafı mühüm mərhələyə çatıb

Azərbaycanda maliyyə derivativləri və sekuritizasiyanın istifadəsini tənzimləyən qanunvericilik üzərində iş başa çatıb ki, bu da kapital bazarında likvidliyin artırılması və risklərin idarə edilməsi üçün şərait yaradır.

Bu barədə Viral.az Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) hesabatına istinadən bildirir.

Hesabata görə, davamlı maliyyələşdirmənin təşviqi çərçivəsində ekoloji cəhətdən təmiz investisiya layihələrini dəstəkləmək məqsədilə yaşıl istiqrazlar üçün qanunvericilik bazasının əsas meyarları da hazırlanıb. Bu tədbirlər Azərbaycanın beynəlxalq standartları inteqrasiya etmək və davamlı maliyyə sisteminin inkişafını stimullaşdırmaq səylərini vurğulayır.

Son Yazılar:

“Eyni zamanda, Azərbaycan hökuməti banklara investisiya xidmətləri göstərməyə imkan verən xüsusi qaydalar tətbiq edib ki, bu da investorlar üçün birbaşa giriş kanallarını genişləndirir.

Ümumilikdə, Azərbaycanda kapital bazarlarının inkişafı mühüm mərhələyə çatıb: 2024-cü ilin mayında ölkənin aktivlərinə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı ölkə tarixində ilk İlkin Kütləvi Təklif (IPO) elan edib. Sövdələşmənin ilin sonuna qədər başa çatması gözlənilir. Bank səhmdar bazasını şaxələndirmək və əlavə kapital cəlb etmək məqsədilə öz səhmlərinin əhəmiyyətli hissəsini yerli və beynəlxalq investorlara təklif edir”, – EBRD vurğulayır.

Hesabatda həmçinin Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatların qorunmasının gücləndirilməsi və kibertəhdidlərin minimuma endirilməsi istiqamətində gördüyü tədbirlər qeyd olunur: “Bu baxımdan Mərkəzi Bank 2024-cü ildə maliyyə sektorunda informasiya təhlükəsizliyi tələblərini sərtləşdirib”.

EBRD-in qeyd etdiyi kimi, ölkədə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması ilə rəqəmsallaşma davam edir ki, bu da son bir ildə internet sürətini 30 % artırmağa imkan verib.

Hesabat müəlliflərinin fikrincə, hökumətin ötən ilin avqustunda məlumatların qorunması və milli rəqəmsal məkanın vahid standartlarının yaradılmasına yönəlmiş ilk beşillik “2023-2027-ci illər üçün İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Strategiyası”nı qəbul etməsi mühüm addım olub.

Chosen
33
5
viral.az

6Sources