EN

Məşhur futbolçudan azərbaycanlıları qıcıqlandıracaq AÇIQLAMA

Fransa yığmasının sabiq oyunçusu Olivye Jiru özünün "Los Angeles"də geyindiyi futbol köynəyini hərraca çıxarıb.

Titul.az offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabı üzərindən yazı paylaşıb.

Veteran futbolçu öz simasızlığını belə ifadə edib:

"Mən bu xüsusi köynəyi hərraca çıxarmaqdan çox qürur duyuram və bununla fəxr edirəm. Bu köynəyi sentyabrın 25-də ABŞ Kubokunun finalında geyinmişdim. Biz çempion olduq və buna görə də bu köynəyin mənim gözümdə xüsusi dəyəri var. Ümidvaram ki, siz Şərqdə, xüsusən də Ermənistanda təqiblərə məruz qalan xristian qardaş və bacılarımızın xeyrinə səxavət göstərəcəksiniz. Mən bu yeni qəniməti qazandığım üçün xoşbəxtəm eyni zamanda bilirəm ki, bu ianə bu gün təqib edilən və dəstəyə ehtiyacı olan bütün qardaş və bacılarımıza xeyir-dua verəcək. Beləliklə, İsanın dediyi kimi, aldığınızdan daha çox sevinc bəxş etmək gərəkdir. Bu köynəyi hərraca çıxarmaqdan şərəf duyuram. Mən sizə güvənirəm".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Chosen
4
2
titul.az

3Sources