EN

Silvester Stallone həyat yoldaşı və üç qızı ilə ictimaiyyət qarşısına çıxdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hollivud ulduzu Silvester Stallone həyat yoldaşı və üç qızı - 28 yaşlı Sofiya, 26 yaşlı Sistin və 22 yaşlı Skarlett ilə birlikdə ictimaiyyət qarşısına çıxaraq, pərəstişkarlarının diqqətini çəkib. Aktyor ailəsi ilə birlikdə amfAR tərəfindən təşkil edilən xeyriyyə gecəsində iştirak edib və şəxsi bloqunda tədbirdən görüntülər paylaşıb.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, Stallone tədbirlə bağlı belə yazıb: "Las-Veqasda əla vaxt keçirdik".
Məlumat üçün bildirək ki, məşhur aktyorun qızları model Cennifer Flavin ilə üçüncü nikahından dünyaya gəlib. Cütlük Hollivudun restoranlarından birində tanış olub, daha sonra "Rokki 5" filminin çəkilişləri zamanı görüşməyə başlayıb. Stallone özündən 22 yaş kiçik sevgilisinə evlilik təklifi etməkdə tələsməyib, onlar qızları Sofiyanın doğumundan sonra ailə həyatı qurublar.
Chosen
173
50
oxu.az

10Sources