EN

Meksika prezidenti Trampla miqrasiya məsələlərini müzakirə edib

Bakı. Trend:

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-ın yeni seçilmişprezidenti Donald Trampla danışıqlar aparıb.

Trend-in məlumatına görə, bu barədə sosial şəbəkədə yazıb.

O, Trampa bildirib ki, bir çox miqrant Meksikada qaldıqları üçünhazırda ABŞ sərhədinə gəlmir.

"Biz həmçinin suverenliyimiz çərçivəsində təhlükəsizliksahəsində əməkdaşlığın gücləndirilməsi və fentanil istehlakınınqarşısını almaq üçün ölkədə apardığımız kampaniya haqqındadanışdıq", - deyə o yazıb.

Tramp və Şeynbaum ABŞ-nin yeni seçilmiş prezidentadministrasiyasının ilk günündən başlayaraq Meksika, Kanada vəÇindən gələn mallara külli miqdarda tarif artımı vəd etdikdən sonradanışıb.

Chosen
40
az.trend.az

1Sources