EN

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri konqresdə iştirak ediblər - FOTOLAR

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Arıçı” ixtisası üzrə fənn müəllimləri Türkiyədə keçirilən “8-ci Uluslararası Muğla Arıçılıq və Çam Balı Kongresi”ində iştirak ediblər. Bu barədə SİA-nın bölgə müxbirinə Peşə Təhsil Mərkəzindən məlumat verilib.

Qurumdan bildirilib ki, Mərkəzin əməkdaşlarının tədbirdə iştirakının məqsədi dünya arıçılığı ilə tanış olmaq, qida təhlükəsizliyi ilə bağlı və texniki bilgilərini artırmaq, həmçinin arıçılıq məhsullarını təbliğini təmin etməkdir. Tədbirdə ölkəmizdə, həmçinin digər ölkələrdə istehsal olunan arıçılıq məhsullarının tanıdılması məqsədilə bal müsabiqəsi keçirilib. Müsabiqəyə təqdim olunan arıçılıq məhsulları xarici ekspertlərin daxil olduğu münsiflər heyəti tərəfindən beynəlxalq meyarlar əsasında qiymətləndirilib.

Tədbirdə arıçılıq sektorunda fəaliyyət göstərən milli və beynəlxalq şirkətlərin öz məhsullarını və işlərini təbliğ etmək üçün qapalı və açıq sərgi sahələri də yaradılıb.

Mərkəzdən bildirilib ki, əməkdaşların konqresdə iştiraketmə hədəflərindən biri də arıçıların nəzəri biliklərə yiyələnməsi və praktiki məsələlərdə təcrübələrini artırmaq olub.

Chosen
50
sia.az

1Sources