Bakı. Trend:
İsrail Ordusunun sözçüsü Daniel Haqari "Hizbullah"ın İsrailləatəşkəs razılaşmasını pozmasına cavab olaraq hərbçilərin atəşaçacağı barədə xəbərdarlıq edib.
Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzetixəbər verib.
"İsrail Müdafiə Ordusunun missiyası sazişin icrasını təminetməkdir. Ordu qərarlıdır və istənilən pozuntuya cavab olaraq atəşaçılacaq", - deyə D.Haqari bildirib.
O qeyd edib ki, müqavilə şərtlərinə görə İsrail ordusununbirlikləri hələlik Livanda qalır, hərbçilər növbəti 60 gün ərzindəmərhələli şəkildə geri çəkiləcək.
Onun sözlərinə görə, Livanın cənubundakı ərazilərdən birilivanlı mülki əhali üçün bağlıdır, İsrail hərbçiləri oradadır vəHərbi Hava Qüvvələrinin təyyarələri kəşfiyyat uçuşları davametdirir. Bu ərazidə aşkarlanan silahlılar saxlanılacaq və ya məhvediləcək.