Rusiya ordusu Kursk vilayətinin Darino kəndini Ukrayna qüvvələrindən geri alıb. Bundan əlavə, ruslar vilayətin Plexovo kəndi istiqamətində irəliləyiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətinin Toretsk şəhəri, Petrivka və Nelipivka kəndləri istiqamətində irəlilədiyi də bildirilir.
Qeyd edək ki, Darino Kursk vilayətinin Suca şəhərinin kənddir. Kənd avqustdan bəri Ukrayna qüvvələrinin nəzarətində idi.
Müəllif: Mənsur Rəğbətoğlu