EN

Atəşkəsdən sonra "Hizbullah"dan ilk açıqlama: Əllərimiz tətikdə olacaq

Livan və İsrail arasında atəşkəsin qüvvəyə minməsindən sonra "Hizbullah" tərəfindən ilk açıqlama verilib.

Publika.az xəbər verir ki, açıqlamada İsrailin gələcəkdə yenidən həyata keçirə biləcəyi mümkün hücumlar vurğulanıb.

“Döyüşçülərimizin gözü düşmənin sərhəddən keçən hərəkətlərində və geri çəkilmə prosesində olacaq, Livanın suverenliyini müdafiə etmək üçün isə əlləri tətikdə qalacaq. Qüvvələrimiz İsrailin hücumlarına qarşı tam hazır olacaq”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, İsrail ordusu ilə "Hizbullah" arasında 14 aydan çox davam edən qarşıdurmaya son qoyan atəşkəs razılaşması dünən səhər saatlarında qüvvəyə minib.

Chosen
99
10
publika.az

10Sources