EN

Latviya şirkətlərinin Azərbaycanda fəaliyyətə marağı təxminən 30 faiz artıb

Bakı. Trend:

Latviya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə marağıtəxminən 30 faiz artıb.

Trend xəbər verir ki, bunuLatviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihələridepartamentinin direktoru Liqa Siçeva Bakıda "Azərbaycan-Latviyainformasiya və şəbəkə görüşü" mövzusunda keçirilən tədbirçərçivəsində bildirib.

"Bu göstərici təkcə maraq göstərən şirkətləri deyil, artıqAzərbaycanla biznes fəaliyyəti həyata keçirən şirkətləri də əhatəedir. Bu, hər iki ölkənin şirkətləri üçün mühüm siqnal olmaqlayanaşı, əla nəticədir.

Xüsusilə yüksək əlavə dəyərli sektorlar — informasiyatexnologiyaları, təhsil və yaşıl texnologiyalar sahələrindəəməkdaşlığımızı genişləndirmək üçün böyük potensialın mövcudolduğunu göstərir.

Bununla yanaşı, qida sənayesi, turizm və digər ənənəvi sahələrinəhəmiyyətini də vurğulamaq istəyirəm", — deyə Liqa Siçeva qeydedib.

Məqalədə:
Chosen
14
1
az.trend.az

3Sources