EN

6 uşaq anası olan arvadını ÖLDÜRDÜ: qızının üsyanı... - FOTOlar

Antalyada baş verən cinayət hadisəsi insanları dəhşətə gətirib.

Milli.Az DHA-nə istinadən xəbər verir ki, ailə cinayətində 6 uşaq anası oaln Hale Akbaş əri tərəfindən öldürülüb. Hadisə törətdikdən sonra o polisə gedərək təslim olub. 6 uşaq anası olduğu bildirilən qadını həyat yoldaşını evdə tapança ilə güllələyib.

Kişi polisə ifadəsində qətli qısqanclıq zəminində törətdiyini etiraf edib. Mərhumun xəbərini alan qızının üsyanı insanları duyğulandırıb. Onun "Anamı görüm, anama nə oldu? O şərəfsiz adam anamı öldürüb" deyə, fəryad etməsi qonşularını da kədərə boğub. Qızın vəziyyəti pisləşincə təcili yardım çağırılıb.

Hadisə vaxtı qadının 3 övladı çarəsiz vəziyyətdə gözləməyə məcbur olub. Daha sonra 3 azyaşlı uşaq polis maşını ilə hadisə yerindən uzaqlaşdırılıb.

Cinayətdə şübhəli bilinən Abdullah P.-nin uzun müddətdir ki, qısqanclıq səbəbi illə Hale Akbaş P.-yə çətin anlar yaşatdığı, buna görə çalışdığı işdən çıxarması, hətta evdən çölə belə qoymadığı iddia edilib.

Hadisə ilə bağlı istintaq davam edir. 

Hüseyn
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Chosen
34
milli.az

1Sources