EN

Prezident İlham Əliyev Mavritaniya Prezidentinə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Mavritaniya İslam RespublikasınınPrezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təbrik məktubuünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Mavritaniya İslam Respublikasının milli bayramı – MüstəqillikGünü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycanxalqı adından ürəkdən təbrik edirəm.

COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi məmnunluqlaxatırlayıram.

İnanıram ki, Azərbaycan-Mavritaniya münasibətlərinin dostluqməcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli təsisatlardasəmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra dabirgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dostxalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

Chosen
11
32
az.trend.az

10Sources