EN

Yenə qaz olmayacaq

Bu gün Cəlilabad rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, “Qaz İxrac“ İdarəsi tərəfindən Cəlilabad rayonu ərazisində yerləşən “Günəşli” qazpaylayıcı stansiyasında (QPS) ölçü qovşağında nasaz kürəvi kranın əvəzlənməsi və 2 ədəd kranların təmir edilməsi məqsədilə 24 yaşayış məntəqəsinin qaz təchizatının noyabrın 28-də saat 10:00-dan işlər başa çatanadək dayandırılması planlaşdırılır.

Chosen
19
30
nocomment.az

10Sources