EN

“Saakaşvili azad oluna bilməz” - Gürcüstan baş naziri

"Gürcüstan prezidenti Salome Zurabişvili ciddi bir fakt olmasaydı indiyədək sabiq prezident Mixail Saakaşvilini əfv edərdi. Zurabaşvili onu əfv etsə belə, Saakaşvili yenə də istintaq təcridxanasında qalacaq. Üstəlik, onun barəsində başladılmış başqa işlər də var".

Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi”nin telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Saakaşvilinin əfv edilməsinin praktik əhəmiyyəti çox az olacaq.

“Yadınızdadır, Saakaşvilinin azad edilməsi ilə bağlı necə genişmiqyaslı kampaniya aparılırdı, o cümlədən 27 səfiri ədliyyə naziri ilə görüşmək üçün demarşa məcbur etdilər. Müəyyən qüvvələrin Saakaşvilinin azad edilməsi ilə bağlı hədsiz istəyi var idi”, - deyə siyasətçi vurğulayıb.

Kobaxidze qeyd edib ki, Zurabaşvili Saakaşvilini azad edə bilməz, çünki onunla bağlı aparılan istintaq davam edir.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
7
missiya.az

1Sources