Şri-Lankada daşqınlar nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb, 6 nəfər isə itkin düşüb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, daşqının fəsadları barədə məlumatları təbii fəlakətlərlə mübarizə mərkəzinin baş direktoru Udaya Herat mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, daşqınlar 230 min 743 nəfərə təsir edib və 600-dən çox evi dağıdıb. Zərərçəkənlərə yardım göstərmək üçün ümumilikdə 165 müvəqqəti düşərgə yaradılıb.
Prezidentin mətbuat xidməti bildirib ki, dövlət başçısı fəlakətə məruz qalmış ərazilərdəki insanlara təcili kömək çatdırılmasını təmin etmək üçün tapşırıq verib.