Cəlilabad rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, “Qaz İxrac“ İdarəsi tərəfindən Cəlilabad rayonu ərazisində yerləşən “Günəşli” QPS-də ölçü qovşağında nasaz kürəvi kranın əvəzlənməsi və 2 ədəd kranların təmir edilməsi məqsədilə 24 yaşayış məntəqəsinin qaz təchizatının bu gün saat 10:00-dan işlər başa çatanadək dayandırılması planlaşdırılır.