EN

Putin Astanada belə qarşılandı - Cinayət işi açıldı (VİDEO)

Qazaxıstan Daxili İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin səfəri zamanı reklam ekranında Ukrayna bayrağının görünməsi ilə bağlı cinayət işi açıb.

"Unikal" xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Respublika Daxili İşlər Nazirliyi əmin edib ki, hadisənin bütün halları müəyyənləşdirilir və hadisədə iştirak edən şəxslər məsuliyyətə cəlb olunacaqlar. Faktla bağlı araşdırmalara başlanılıb.

Astana Opera Teatrında baş verənlərlə bağlı müxtəlif versiyalar, o cümlədən ekranların sahibi olan “Keruen Media” şirkətinin işinə texniki problemlər və kənar müdaxilələr olan versiya nəzərdən keçirilir.

Noyabrın 27-də Rusiya prezidenti Vladimir Putin iki günlük dövlət səfəri üçün Qazaxıstana gedib. 

Gülayə Mecid

Chosen
36
36
unikal.az

10Sources