EN

Sumqayıt Kimya Sənaye Parkında istehsal və ixrac artıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC-nin məhsul istehsalı və ixracında müsbət dinamika müşahidə edilir.

Fins.az xəbər verir ki, bu barədə İZİA-dan məlumat verilib.

Məlumata görə, 2023-cü ilin 9 ayında zavodda 83 milyon manata yaxın məhsul istehsal edilmişdirsə, bu ilin 9 ayında 27%-dən çox, yəni 105,5 milyon manatlıq məhsul istehsal olunub.

Məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin 9 ayında ixrac təqribən 26% artıb. Zavodda istehsal edilən məhsullar “Made in Azerbaijan” brendi adı altında dünyanın 40-dan çox ölkəsinə ixrac edilib.

İnvestisiya dəyəri 15 milyon ABŞ dolları olan müəssisədə hazırda 178 nəfərlik daimi iş yeri yaradılıb.

Qeyd edək ki, “ALCO” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində sürtkü yağları və mayelərin, kimyəvi qatqıların istehsalı ilə məşğul olur.

Fuad Mədətov
Fins.az

Chosen
13
5
fins.az

7Sources