EN

"Bu vəhşiliyə görə cavab verilməlidir" - Zaxarova

Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələləri dəyərləndirib.

Turkustan.az xəbər verir ki, "AA" müxbirinin "Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant üçün noyabrın 21-də verdiyi həbs qərarını necə qiymətləndirirsiniz?" sualını cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova: "Əlbəttə, Fələstində baş verənlərə, dinc əhaliyə qarşı törədilən cinayətlərə görə cəza verilməlidir. Bu vəhşiliyə görə məsuliyyət daşıyanlar cəzasız qalmamalıdır. Bu səbəbdən dəbeynəlxalq ictimaiyyət fələstinlilərin maraqları üçün beynəlxalq məhkəmə orqanlarını cəlb etməlidir"- ifadəsini işlətdi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşmasını alqışladıqlarını ifadə edərək: "Bu dəqiqə ancaq belə razılaşmaların həyata keçirilməsinə ehtiyac var" - dedi.

Aytən Yaşar/ Turkustan.az

Chosen
27
turkustan.az

1Sources