EN

ŞOK: Sərhəddəki “revizor”ların sayı gizlicə artırılıb

44 günlük müharibədən sonra Azərbaycanla sərhəddə müşahdiə altında yerləşdirilən Avorpa Müşahidə Missiyasının mandatının artırılıb, artırılmayacağı məsələsi müzakirə mövzusudur. Tribunainfo.az xəbər verir ki, rəsmi İrəvan müddətin artırılması məsələsində hələ ki, qəti qərar verməyib.
Ermənistanın baş naziri Nikol Paşinyan bir qədər əvvəl açıqlamasında demişdi ki, Avropa Müşahidə Missiyasına gərək qalmaya bilər. Hətta onların sayının xeyli azaldığını da vuğrulamışdı.
Eyni zamanda, Azərbaycan tərəfi onların sərhədyani ərazilərdən çıxarılmasını tələb edir. Və bu missiyanın kəşfiyyat məlumatları toplama və sərhəddə təxribat yaratmaq məqsədi ilə addımlar atdığını bəyanlayıb.
Lakin “Respublika Uğrunda” partiyasının sədr müavini Ruben Mehrabyan Ermənistan hökumətinin “sayları azalıb” açıqlamasının yalan olduğunu üzə çıxarıb. O deyib ki, Azərbaycanla sərhəddə Avropa Müşahidə Missiyasının sayı artıb. Onun sözlərinə görə, missiyanın vaxtını artırmaq yox, saylarını artırmaq lazımdır. “Onların sərhəddə olması vacibdir. Çıxarılmaları məsələsi isə qətiyyən müzakirə mövzusu olmamalıdır”.

Chosen
23
tribunainfo.az

1Sources