EN

Lukaşenko KTMT-nin sammitində Ermənistan tərəfinin iştirak etməməsinə münasibət bildirdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində çıxışı zamanı Ermənistan tərəfinin tədbirdə iştirak etməməsinə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

"Bu gün erməni həmkarlarımız iclasda iştirak etmədikləri üçün ilk çıxış etmək şərəfinə nail oldum. Bu, regiondakı hazırkı geosiyasi vəziyyəti və müəyyən dərəcədə təşkilatımızı xarakterizə edir", - o bildirib.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT sammitində iştirak etməyəcəyini bildirmişdi. O həmçinin vurğulayıb ki, İrəvan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır, eləcə də müvafiq hüquq və öhdəliklərini saxlayır.

Chosen
8
2
bakivaxti.az

4Sources