EN

“Mehriban düşmənlər” görüşdü – Tramp Zukerberqi öz iqamətgahında qəbul edib

“Meta” şirkətinin (Facebook və Instagram) rəhbəri Mark Zukerberq çərşənbə günü ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamətgahına gəlib.

“AzPolitika” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Məlumatda deyilir ki, bu, Zukerberq və Tramp arasında onun ikinci prezidentlik müddəti ərəfəsində münasibətlərin istiləşməsinə işarədir. “Meta”-nın sözçüsü bu məlumatı təsdiqləyib və görüşün Trampın dəvətilə baş tutduğunu qeyd edib.

Xatırladaq ki, Tramp tərəfdarları 6 yanvar 2021-ci ildə Kapitoliyə basqın etdikdən sonra Trampın özünə Facebook və İnstaqramda qadağa qoyulmuşdu. Lakin 2023-cü ildə qadağa götürüldü.

“The New York Times” qəzetinin yazdığına görə, Zukerberq son aylarda Trampla tez-tez əlaqə saxlayıb. Tramp isə daha əvvəl Zukerberqə xəbərdarlıq etmişdi ki, seçki zamanı “qanunsuz bir şey” etsə, onu “ömürlük həbsə” atacaq.

İyul ayında Trampa sui-qəsd cəhdindən sonra Zukerberq “Bloomberg”-ə demişdi ki, Trampın ayağa qalxması və yumruğunu qaldırması “həyatımda gördüyüm ən gözəl şeylərdən biridir”.

“AzPolitika.info”

Chosen
13
azpolitika.info

1Sources