EN

İran müharibə istəmir, lakin İsrailə qarşı genişmiqyaslı müharibəyə hazırdır- Araqçı

İran İsraillə birbaşa münaqişəyə can atmır, lakin o, yəhudi dövlətinin İslam respublikasını genişmiqyaslı müharibəyə cəlb etmək üçün bütün hədələrinə cavab verməyə hazır olacaq. Vətəninfo.az xəbər verir ki , bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Portuqaliyada keçirilən “Sivilizasiyalar Alyansı” konfransından sonra jurnalistlərə açıqlamasında deyib.

“İsrail administrasiyası bizim imkanlarımızı bilir. Onlar özümüzü necə qoruya biləcəyimizi bilirlər. Amma qeyd etməliyəm ki, israillilərdən fərqli olaraq biz regionda eskalasiyaya can atmırıq. Təbii ki, biz müharibəyə, hətta irimiqyaslı müharibəyə də hazırıq, amma biz bunu istəmirik, bu, bizim seçimimiz deyil. Əgər israillilər müharibə yolunu seçsələr, biz buna tam hazır olacağıq”, – deyə Portuqaliyanın “Diário de Notícias” qəzeti yazıb.

İran diplomatiyasının rəhbəri vurğulayıb ki, Yaxın Şərqdəki münaqişələrin həllində məsuliyyət ilk növbədə ABŞ-ın üzərinə düşür.

Diplomat həmçinin İranın müttəfiqi Hizbullahın Livanın cənubunda iki aylıq döyüşlərdən sonra zəiflədiyi fikrini də rədd edib.

“Əgər zəifləsəydi, İsrailin atəşkəsə razılaşacağını düşünmürəm. Aydındır ki, Hizbullah Livanın cənubunda İsrail qüvvələri ilə qarşı-qarşıya qalaraq, yenidən toparlanaraq qəhrəmancasına müqavimət göstərə bildi”, – deyə o əlavə edib.

Son bir il ərzində Qəzzada davam edən hərbi əməliyyatlara paralel olaraq, sentyabrın sonundan intensivləşən İsrail və Hizbullah arasında qarşılıqlı atəşlər gedirdi. İsrailin hücumları nəticəsində Livanda 3700-dən çox insan həlak olub. Tərəflər arasında atəşkəs noyabrın 27-də qüvvəyə minib.

Chosen
18
42
veteninfo.az

10Sources