EN

"ABŞ Ukrayna üçün 725 milyon dollarlıq yardım paketi hazırlayır" - "Reuters"

 
"Yardım paketinə ABŞ-ın onilliklər ərzində ixrac etmədiyi piyadalarəleyhinə minalar da daxil ediləcək..."
 
ABŞ prezidenti Co Bayden administrasiyası Ukrayna üçün 725 milyon dollarlıq yeni silah paketi hazırlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki amerikalı məmurun bəyanatına istinadən məlumat yayıb.
 
Məlumatda deyilir ki, Bayden administrasiyası Amerikanın ehtiyatlarından Ukraynaya müxtəlif silah növləri tədarük etməyi planlaşdırır.
 
Söhbət o cümlədən piyadalarəleyhinə minalar, pilotsuz uçuş aparatları, "Stinger" raketləri və HIMARS yüksək mobilli artilleriya raket sistemləri üçün döyüş sursatlarından gedir. Bu yardım paketinə kaset döyüş sursatlarının daxil ediləcəyi gözlənilir.
 
США планируют предоставить Украине новый пакет помощи объемом $725 млн: какое оружие ожидается qhtiqrxiqqeidqdant
 
Yeni yardım paketinin ayrılması barədə məlumat Konqresə bazar ertəsi daxil ola bilər. Bu paketin məzmunu və həcmi Bayden tərəfindən yaxın günlərdə imzalanmasınadək dəyişilə bilər.
 
"Birləşmiş Ştatlar onilliklər ərzində piyadalar əleyhinə minalar ixrac etməyib, onlardan istifadə edilməsi isə mülki əhali üçün potensial zərər vura biləcəyi səbəbindən mübahisəlidir. 160-dan çox ölkə tərəfindən onlardan istifadənin qadağan edilməsi barədə müqavilənin imzalanmasına rəğmən, Kiyev Rusiyanın 2022-ci ilin əvvəlində tammiyaslı hərbi müdaxiləsi başlanandan onların tədarükünü xahiş edir", - məlumatda vurğulanır.
 
США планируют предоставить Украине новый пакет помощи объемом $725 млн: какое оружие ожидается
 
Rusiya qoşunlarının cəbhə xəttində belə silahdan istifadə etdiyi bəllidir. Ukraynaya göndəriləcək minalar "dayanıqlı" minalar deyil, onların qidalanma sistemi yalnız qısa zamanda işləkdir. Köhnə yerüstü minalardan fərqli olaraq bu minalar qeyri-müəyyən zaman kəsiyində mülki əhaliyə təhlükə törətməyəcək.
 
Ukraynaya yardım - digər xəbərlər
 
ABŞ prezidenti Co Bayden administrasiyasının öz səlalahiyyətlərinin sonunadək Ukraynanın silahlanması üçün ayrılan milyardlarla dollar vəsaitin istifadə edilməsinə zamanı yetərli deyil.
 
Yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra yeni administrasiya yerdə qalan vəsaitlər məsələsini həll etməli olacaq.
 
Bu arada isə Norveç hökuməti Ukraynaya yardımı kəskin artırmaq qərarına gəlib. 2025-ci ildə bu ölkə Ukraynaya 30 milyard Norveç kronu (təxminən 2, 7 milyard)  dollar) məbləğində yardım ayırmaq niyyətindədir.
Chosen
34
moderator.az

1Sources